Kilauea vulkanının fəaliyyəti iki həftədən sonra dayanıbbackend

Kilauea vulkanının fəaliyyəti iki həftədən sonra dayanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən aktiv vulkanlarından biri olan ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı iki həftəlik fəaliyyətdən sonra dayanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Geoloji Xidmətinin (USGS) Havay Vulkan Rəsədxanası vulkanda aktivliyin dayandığını açıqlayıb.

USGS Havay Vulkan Rəsədxanası bildirib ki, lavanın soyuması və krater dibinə axmasının tamamilə dayandırılması həftələr çəkə bilər və onlar bu proses zamanı vulkanı müşahidə etməyə davam edəcəklər.

Kilauea vulkanının iki həftəlik fəaliyyəti zamanı ərazidəki yaşayış massivlərinə və tikililərə ziyan dəyməyib.

İyunun 7-də vulkan aktivləşəndə ​​USGS-in canlı yayımında müşahidə edilən parlaq püskürmələr kiçik lava yataqları ilə əvəz olunub.

Püskürmə nəticəsində parlaq və qırmızı lavaların axmasını izləmək istəyən təbiət həvəskarları da Havay Vulkanları Təbiət Parkına axın edib.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

2018-ci ildə Kilauea vulkanının püskürməsi zamanı 700-dən çox ev dağılıb.