ABŞ-ın Ukraynaya yardımı 6,2 milyard dollardan çoxdurbackend

ABŞ-ın Ukraynaya yardımı 6,2 milyard dollardan çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ Ukraynaya 2 illik silah və avadanlıq yardımının dəyərini 6,2 milyard dollar həddən artıq qiymətləndirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçünün müavini Sabrina Sinq mətbuat konfransında bildirib ki, bu, ABŞ administrasiyası Konqresdən əlavə vəsait istəmədən Ukraynaya daha çox hərbi yardım göstərməyə imkan verəcək.

Sinq qeyd edib ki, Pentaqonun 2023-cü və 2022-ci maliyyə illərində Ukraynaya göndərdiyi avadanlıqların maliyyə dəyərini 2022-ci ildə 2,6 milyard dollar, 2023-cü ildə isə 3,6 milyard dollar çox qiymətləndirib.

Mətbuat katibinin müavini Sinq vurğuladı ki, bu səhv hesablamalar Ukraynaya yardım üçün ayrılan büdcənin planlaşdırılmasında heç bir axsamaya səbəb olmayacaq.

ABŞ Dövlət Departamentinin iyunun 14-də açıqladığı məlumatlara görə, 2021-ci ilin yanvarından bəri Birləşmiş Ştatlar Ukraynaya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə döyüş sursatları və kamikadze dronları da daxil olmaqla ümumilikdə 42 milyard dollarlıq hərbi yardım edib.