Çinin şimal-qərbindəki Yinçuan şəhərində restoranda baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Şinhua” xəbər agentliyi çərşənbə günü axşam partlayışla bağlı bildirib ki, mayeləşdirilmiş neft qazının dağılması manqal restoranının fəaliyyəti zamanı partlayışa səbəb olub.
İlkin məlumata görə, azı 31 nəfər həyatını itirib.
Agentlik daha 7 nəfərin tibbi yardım aldığını və onlardan birinin vəziyyətinin “ağır” olduğunu bildirib.
Digər iki nəfərin ağır yanıqlar aldığı, ikisinin yüngül xəsarət aldığı bildirilib.
Qeyd edək ki, partlayış Ningxia muxtar vilayətinin paytaxtı Yinçuan şəhərinin mərkəzindəki Fuyang Barbecue Restoranında baş verib.
Partlayış Çində üç günlük Əjdaha Qayığı festivalı ərəfəsində baş verib.