Meksikada 10-dan çox avtomobil toqquşub: 5 nəfər ölüb, 14 nəfər yaralanıbbackend

Meksikada 10-dan çox avtomobil toqquşub: 5 nəfər ölüb, 14 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada 10-dan çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında ilk təsbitlərə görə 5 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tapatitlan şəhərinin Zapotlanexo-Laqos de Moreno şossesində zəncirvari yol qəzası baş verib.

Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar göndərilib.

Qəzada 5 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 14 nəfər yaralanıb.

Səlahiyyətlilər qəzadan sonra bəzi avtomobillərdə yanğının başladığını və ölənlərin sayının arta biləcəyini bildirib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.