Meksikanın Sonora əyalətində adam oğruları tərəfindən aldadılan 130 qanunsuz miqrant polisin işi nəticəsində xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Təhlükəsizlik qüvvələri Hermosillo-Nogales de Sonora şosesində nizamsız miqrantlarla dolu 4 avtobusu saxlayıb.
Araşdırmalar nəticəsində 20-si uşaq olmaqla 130 qeyri-qanuni miqrant insan qaçaqmalçılarının əlindən xilas edilib.
Əfqanıstan, Burkina Faso, Çin, Ekvador, Misir, Qvineya, Qana, Hindistan, Mavritaniya, Mozambik, Nepal, Pakistan, Seneqal və Toqodan olan qeyri-qanuni miqrantlar emal olunmaq üçün Sonoradakı Milli Miqrasiya İnstitutuna aparılıb.
2022-ci ilin may ayı məlumatlarına görə, 2000-dən çox qeyri-qanuni miqrant insan qaçaqmalçıları tərəfindən aldadılıb və narkotik dəstələrinə təhvil verilib.
Meksika təhlükəsizlik mənbələrinə görə, 2022-ci ildə əməliyyatlarda 2115 miqrant xilas edilib.
Rəsmi məlumatlara görə, gündə 200-300 nəfər qeyri-qanuni yollarla Meksikaya daxil olur.