ABŞ-ın Texas ştatında dünən baş verən və şimaldakı Matador qəsəbəsini vuran qasırğalarda 3 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Texas ştatının Lubbok şəhərindəki Milli Hava Xidmətindən (NWS) William İvasko fırtınalarla birlikdə üç qasırğanın müşahidə edildiyini bildirib.
Dünən yerli vaxtla saat 21.30 radələrində baş verən və Matadorda üç qasırğanın müşahidə edildiyini bildirən İvasko qasırğanın bölgəyə ciddi ziyan vurduğunu bildirib.
Matador Bələdiyyə Başçısı Pat Smit bildirib ki, güclü fırtınalar nəticəsində şəhərə və ətraf ərazilərə qasırğalar və tennis topu böyüklüyündə dolu düşüb.
Smit qasırğa nəticəsində 3 nəfərin həyatını itirdiyini və qəsəbə ətrafında ciddi dağıntıların olduğunu bildirib.