Hindistanda daşqınlar 115 mindən çox insana ziyan vurubbackend

Hindistanda daşqınlar 115 mindən çox insana ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda daşqınlar 108 kənddə 115 mindən çox insana ziyan vurub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistanın Assam əyalətində leysan yağışlar səbəbindən baş verən sel 108 kəndi su altında qoyub, kəndlərdə yaşayan 115 mindən çox insanı didərgin düşüb.

Son 24 saat ərzində yağan güclü yağışlar Hindistanın Assam əyaləti və qonşu Butan Krallığında daşqınlara səbəb olub.

Bildirilib ki, selin təsirli olduğu yerlərdə bir çox yol və körpülər yararsız hala düşüb.

Assam Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada suyun səviyyəsinin təhlükəli həddi keçdiyi və getdikcə daha çox ərazinin su altında qaldığı bildirilib.

Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrindən verilən açıqlamada bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi və dünən 1280 nəfərin fəlakət bölgəsindən xilas edildiyi qeyd edilib.