Parisdəki partlayışda yaralananların sayı 50-yə çatıbbackend

Parisdəki partlayışda yaralananların sayı 50-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris Prokurorluğu dünən Parisin 5-ci rayonunda baş verən partlayışda 6-sı ağır olmaqla cəmi 50 nəfərin yaralandığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Prokurorluq dağıntılar altında bir nəfərin hələ də axtarıldığını qeyd edib.

Parisin 5-ci dairəsi merinin müavini Eduard Sivel Twitter hesabında bildirib ki, Val de Qreys məhəlləsindəki binada qaz sızması səbəbindən partlayış baş verib.

Paris Prokurorluğu partlayışın səbəbinin hələ dəqiq bilinmədiyini və “qəsdən xəsarət yetirmə” səbəbi ilə istintaq başladıldığını açıqlayıb.

Paris polis rəisi Laurent Nunez partlayış nəticəsində binada yanğının baş verdiyini, ətrafdakı bir çox evin şüşələrinin qırıldığını, dağıntılar altında axtarışların davam etdirildiyini və yanğının nəzarət altına alındığını bildirib.