Aİ ağcaqanadların ötürdüyü xəstəliklərlə bağlı xəbərdarlıq edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ-yə bağlı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) hesabata hazırlayıb.
Deyilir ki, Asiya pələngi adlı ağcaqanad (Aedes albopictus) və sarı qızdırma adlı ağcaqanad (Aedes aegypti) növləri istilik və iqlim dəyişikliyi səbəbiylə yay aylarında çoxalıb.
Asiya pələngi ağcaqanadları Şimali və Qərbi Avropada yayılıb. 2013-cü ildə Avropanın 8 ölkəsində 114 bölgədə rast gəlinən növə bu il 13 ölkədə 337 bölgədə rast gəlinir.
Ağcaqanadların qızdırma və digər xəstəlikləri daşıdığı bilinir.
ECDC-nin direktoru Andrea Ammon xəstəliklərin yayılmasının qarşısını almaq üçün ağcaqanad populyasiyasına nəzarətin və fərdi mühafizə tədbirlərinin tətbiqinin vacibliyini vurğulayıb.
Hesabatda ağcaqanad böhranının öhdəsindən gəlmək üçün təbiətə zərər verməyən və durğun suda sürfələri öldürən dərmanlardan istifadə edilməsi, ağcaqanadların keçə biləcəyi xəstəliklərlə bağlı cəmiyyətdə maarifləndirmənin aparılması tövsiyə olunub.
Qeyd edilib ki, ağcaqanadların yaydığı virus ensefalit, meningit və nevroloji zədələrə səbəb ola bilər və ölümlə nəticələnə bilər.