Dünən axşam Fransanın Lion şəhərində keçirilən etiraz aksiyasında ifrat sağçıların ətrafçı nümayişçilərə hücumu nəticəsində 4 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Soulevement de la Terre” adlı ekoloji icmanın ləğvinə qarşı çıxanlar dünən axşam Lionda nümayiş keçirib.
Nümayişdə zibil qutuları yandırılıb, avtobus dayanacaqlarının şüşələri sındırılıb.
Onlarla sağçı nümayişçinin hücumları nəticəsində 4 nəfər yaralanıb.
Fransanın daxili işlər naziri Gerald Darmanin dünən Nazirlər Şurasına “Soulevement de la Terre”nin ləğvi ilə bağlı qərarı təqdim edib.