Xaricdən Həcc ziyarətinə gedən zəvvarların sayı 1,5 milyona çatıbbackend

Xaricdən Həcc ziyarətinə gedən zəvvarların sayı 1,5 milyona çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı həcc ziyarəti üçün xaricdən bir milyon 499 min 472 nəfərin gəldiyini açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, müsəlmanlar həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə Məkkəyə səfər ediblər.

Belə ki, xaricdən Səudiyyə Ərəbistanına gedən zəvvarların sayının 21 iyun çərşənbə günü bir milyon 499 min 472-yə çatdığı, onlardan bir milyon 435 min 14-nün müqəddəs torpağa hava yolu ilə çatdığı bildirilib.

Quru sərhəd qapılarından gələn zəvvarların sayı 59 min 744 təşkil edib, 4 min 714 nəfər dəniz yolu ilə gedib.