Gürcüstan prezidenti Salome Zurabişvili Mtavari Arxi telekanalının rəhbəri Nika Qvaramiyanı əfv etdi.
İnterpress.az xəbər verir ki, Salome Zurabişvili əfv barədə qərarını az öncə baş tutan brifinqdə açıqlayıb
“Bu gün mən Nikoloz Qvaramiyanın əfv aktını imzaladım. İyunun 19-da Ali Məhkəmə kassasiya iddiasını qəbul etmədikdə bütün hüquqi addımlar tükəndikdən sonra bu qərarı verdim. Mən sizə bu qərarın izahını verməyəcəyəm, bu gün istifadə etdiyim öz ixtiyar hüququmdur”, – deyib.