ABŞ-ın mikroçip istehsalçısı “Micron Technologies” Hindistanda yeni yarımkeçiricilər montajı və sınaq qurğusu tikmək üçün 825 milyon dollara qədər sərmayə qoyacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Açıqlamada deyilir ki, “Micron”un yeni qurğusu yerli və beynəlxalq bazarların tələbini ödəyəcək, Qucaratda yeni montaj və sınaq qurğusunun mərhələli tikintisinə bu il başlanması gözlənilir.
Açıqlamada obyektin birinci mərhələsinin 2024-cü ilin sonuna kimi istifadəyə verilməsinin planlaşdırıldığı və qlobal tələb meyllərinə uyğun olaraq zamanla gücün mərhələli şəkildə artırılacağı bildirilib.
Açıqlamada investisiya məbləğinin 825 milyon dollara çatacağı vurğulanıb və Hindistan hökumətinin və Qucarat əyalətinin dəstəyi ilə obyektə qoyulacaq ümumi investisiyanın 2,75 milyard dollara çatacağı qeyd edilib.