Qarabağ və Şərqi Zəngəzurda dabaq xəstəliyindən azad zonanın yaradılmasına başlanılıbbackend

Qarabağ və Şərqi Zəngəzurda dabaq xəstəliyindən azad zonanın yaradılmasına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bir hissəsini əhatə edən ərazidə (Zəngilan, Qubadlı və Cəbrayıl rayonları tam, Laçın, Füzuli və Xocavənd rayonları qismən əhatə olunmaqla) dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev media üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bunun üçün ÜHST və FAO-nun ekspertləri ilə birlikdə əraziyə baxış keçirilərək müvafiq sərhədlər və icra prosedurları təyin olunub: “Ölkəmiz 2023-2026-cı illər üzrə dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun sədri seçilib. 14 ölkənin daxil olduğu region üzrə qrupun sədri seçilmək ölkəmizə göstərilən xüsusi etimad olmaqla yanaşı, bir sıra məsələlərdə respublikanın təşkilatçı və donor kimi çıxış etməsinə imkan yaradıb”.

Xatırladaq ki, bir müddət əvvəl azad edilən ərazilərdə dabaq xəstəliyindən azad zonanın yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb.