Çində polad zavodunda partlayış: 4 nəfər ölüb, 5 nəfər yaralanıbbackend

Çində polad zavodunda partlayış: 4 nəfər ölüb, 5 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalındakı Liaoninq əyalətinin Yinkou şəhərində polad zavodunda baş verən partlayış nəticəsində 4 işçi həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yerli Fövqəladə Hallar İdarəsindən verilən açıqlamaya görə, səhər saatlarında Yingkou Dəmir və Polad fabrikinin əritmə sobalarından birində partlayış baş verib.

Partlayışda fabrikdə 4 işçi həlak olub, 5 işçi isə yaralanıb.

Qəza ilə bağlı təhqiqat davam etdiyi üçün ekspertlər aparatların nasazlığı ehtimalını nəzərdən keçirir.

Çində infrastrukturun köhnəlməsi və ya əməyin mühafizəsi tədbirlərinin qeyri-kafi olması səbəbindən istehsal və anbar obyektlərində zaman zaman insan tələfatına səbəb olan qəzalar baş verir.

Yanvarın 17-də Liaoninq əyalətinin Panjin şəhərində sənaye kimyəvi maddələri istehsal edən fabrikdə baş verən partlayış nəticəsində 5 işçi həlak olub.