Bankı qarət edən şəxsə hökm oxundubackend

Bankı qarət edən şəxsə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Zuqdidi Rayon Məhkəməsi Badri Esebuanı “Bank of Georgia”nın Zuqdidi filialını qarət etməkdə təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edib.

İnterpress.az xəbər verir ki, bu qərarı Zuqdidi Rayon Məhkəməsinin hakimi Ekaterine Bebia elan edib.

Badri Esebua məhkəmə zalını tərk edərkən “Mən hökmlə razı deyiləm” deyib.

İttiham tərəfi Badri Esebuaya qarşı təqdim olunan maddələrdə nəzərdə tutulmuş ən sərt və maksimum cəzanın tətbiqini tələb edib. Müdafiə tərəfi Esebuaya qarşı bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladırıq ki, Badri Esebua qanunsuz olaraq odlu silah və döyüş sursatlarının alınması, saxlanması və daşınmasına görə 4 il müddətinə azadlıqdan məhrum edilib. Söhbət 2023-cü il fevralın 8-də Esebuanın Cixaşkarda həbsi zamanı tapılan silahlardan gedir.

Məlumat üçün bildirək ki, istintaqa görə, 2020-ci il oktyabrın 21-də silahlı Badri Essebua Zuqdididə “Bank of Georgia”nın binasına soxulub. O, 40-dan çox vətəndaşı girov götürərək azadlığa buraxılması müqabilində 500 min ABŞ dolları və təhlükəsizlik zəmanəti tələb edib. Pulları aldıqdan sonra hücum edən şəxs qaça bilib. Badri Esebua bu il fevralın 8-də həbs edilib. Sözügedən işin istintaqı Gürcüstan Cinayət Məcəlləsinin 236, 323 və 329-cu maddələri ilə aparılıb, bu maddələr terror aktı, terror məqsədi ilə girov götürmə və qanunsuz olaraq odlu silah-sursat əldə etmə-saxlama-daşıma faktını nəzərdə tutur.