Pekində havanın temperaturu rekord həddə çatıbbackend

Pekində havanın temperaturu rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin paytaxtı Pekində Cümə axşamı günü havanın temperaturu 41 dərəcədən yuxarı qalxaraq iyun ayında indiyə qədərki ən yüksək temperatur rekordunu müəyyənləşdirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İyunda əvvəlki ən yüksək temperatur 1961-ci il iyunun 10-da Selsi üzrə 40,6 dərəcə olub. Pekin Bələdiyyə Meteoroloji Rəsədxanası şəhərdə isti hava xəbərdarlığını sistemdəki ən yüksək səviyyə olan qırmızıya yüksəldib.

Yaxın 10 gün ərzində temperaturun yüksək olacağı gözlənildiyi üçün insanlara açıq yerlərdən uzaq durmaq, uşaqlar və qocalara ehtiyat tədbirləri görmələri tövsiyə olunur. Digər tərəfdən, dünən Hebei və Şandun əyalətləri və Tianjin şəhəri üçün qırmızı xəbərdarlıq siqnalı verilib.

Alimlər xəbərdarlıq edirlər ki, təhlükəli və rekord qıran isti dalğaları iqlim böhranı gücləndikcə daha tez-tez və şiddətli olacaq.