Səudiyyə Ərəbistanı xaricdən ölkəyə daxil olan zəvvarların sayının 1,5 milyonu keçdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Açıqlamada 1 milyon 626 min 500 zəvvar namizədinin ölkəyə daxil olduğu, onlardan 1 milyon 559 min 53-nün hava, 60 min 617-nin quru, 6 min 830-nun dəniz yolu ilə gəldiyi bildirilib.
Səudiyyə Ərəbistanı Statistika İnstitutunun məlumatına görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən zəvvarlara namizədlərin sayı 2,4 milyon olaraq açıqlanıb.
Ölkənin 2030-cu il baxışı çərçivəsində Məscidül-Həramın genişləndirilməsi və COVID-19 epidemiyasının sona çatması ilə zəvvarların sayının artırılması hədəflənir.