Sui-qəsdçilərin avantürist istəkləri Rusiyada vəziyyətin sabitliyini pozmağa yönəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Ölkəmizdə baş vermiş silahlı üsyana cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya ictimaiyyəti tərəfindən qəti şəkildə rədd edilir. Sui-qəsdçilərin avantürist istəkləri mahiyyət etibarilə Rusiyada vəziyyəti sabitsizləşdirmək, birliyimizi pozmaq, Rusiya Federasiyasının beynəlxalq təhlükəsizliyi etibarlı şəkildə təmin etmək səylərini sarsıtmaq məqsədi daşıyır. Deməli, qiyam Rusiyanın xarici düşmənləri tərəfindən dəstəklənir. Biz Qərb ölkələrinə xəbərdarlıq edirik ki, öz rusofobik məqsədlərinə çatmaq üçün Rusiyanın daxili vəziyyəti ilə bağlı hər hansı eyhamdan çəkinsinlər. Bu cür cəhdlər perspektivsizdir və nə Rusiyada, nə də xaricdə sağlam düşüncəli siyasətçilərlə rezonans doğurmayacaq. Əminik ki, vəziyyət yaxın vaxtlarda öz həllini tapacaq”, – məlumatda deyilir.