Tbilisidə ruslara qarşı aksiya keçirilirbackend

Tbilisidə ruslara qarşı aksiya keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropanın gələcəyi naminə tələbələr” qeyri-hökumət təşkilatının təşkil etdiyi “Rusiya ilə sərhədi bağlayın!” adlı aksiya keçirilib.

İnterpress.az xəbər verir ki, aksiya iştirakçılarının qeyd etdiyinə görə, onların məqsədi Tbilisiyə gələn Rusiya vətəndaşlarına öz etirazlarını bildirmək, diskomfort yaratmaqdır.

Mitinq iştirakçılarının sözlərinə görə, əgər onların tələbi yerinə yetirilməsə və Rusiya-Gürcüstan sərhədi bağlanmasa, digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edəcək, hökuməti bu qərara necə vadar edəcəklərini müzakirə edib qərar verəcəklər.

Xatırladaq ki, Gürcüstan parlamenti qarşısında aksiya bu gün saat 19:00-da başlayıb. Bu dəqiqələrdə aksiya iştirakçıları köhnə Tbilisidə yürüş təşkil edirlər.

Təşkilatçılar Rusiyada davam edən vətəndaş qarşıdurması fonunda Rusiya vətəndaşlarının Gürcüstana gəlişi ilə əlaqədar Rusiya-Gürcüstan sərhədinin müvəqqəti bağlanmasını xahiş edirlər.