Polis Tbilisi və bölgələrdə odlu silah-sursat götürdü – 12 nəfər tutuldubackend

Polis Tbilisi və bölgələrdə odlu silah-sursat götürdü – 12 nəfər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son vaxtlar həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz silah və döyüş sursatı götürülüb – 12 nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, polis tədbirləri nəticəsində çox sayda odlu silah, ağızlıq, patron və s. götrülüb.

Odlu silahın və döyüş sursatının qanunsuz alınması, saxlanması və gəzdirilməsi, narkotik vasitələrin qanunsuz alınması və saxlanması faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə və 273-cü maddəsinə əsasən aparılır.

Cinayətlərə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.