Hindistanın Qərbi Benqal əyalətinin paytaxtı Kəlkütədə bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kəlkütənin Mürşidabad rayonunda manqo bağında bomba partlayıb.
Partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Qərbi Benqalın bəzi rayonlarında və kənd yerlərində iyul ayında keçiriləcək yerli seçkilərdən əvvəl əyalətdə şiddətin artmağa başladığı, iki həftə ərzində baş verən hadisələrdə 8 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilir.
Ştatdakı siyasi partiyalar zorakılıqda bir-birini günahlandırır.