Avtobus və traktor toqquşub: 1 nəfər ölüb, 10 nəfər yaralanıbbackend

Avtobus və traktor toqquşub: 1 nəfər ölüb, 10 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Manisanın Akhisar rayonunda avtobusun traktorla toqquşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qəzadan sonra traktor sürücüsü Bilal Çoban ağır yaralanarkən, avtobusda olan 10 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib.

112 xidmət qruplarının ilk müdaxiləsindən sonra ağır yaralanan traktor sürücüsü Bilal Çoban Mersin Mustafa Kirazoğlu Dövlət Xəstəxanasına aparılıb.

Yaralı xəstəxanada edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

O, qəza ilə bağlı araşdırmalara başlayıb.