Azərbaycanlı və türkiyəli zəvvarların Ərafat səfəri başlayırbackend

Azərbaycanlı və türkiyəli zəvvarların Ərafat səfəri başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həcci yerinə yetirmək üçün Kəbə evinə çatan zəvvarların yerinə yetirməli olduğu vacib əməllərdən biri də Ərəfat dağını ziyarətdir və artıq bu gündən bu ziyarətin yerinə yetirilməsinə başlanılır.

İnterpress.az xəbər verir ki, zəvvarlar Ərəfədə günorta və əsr namazlarını qılacaqlar.

Ərəfatda azərbaycanlı və türkiyəli zəvvarların problem yaşamamaları üçün bütün şərait yaradılıb.

Məkkədən təxminən 25 kilometr şərqdə yerləşən Ərəfatla bağlı ən əhəmiyyətli işlərdən biri də nəqliyyatdır.

Bu gündən zəvvarlar otellərdən avtobuslarla daşınaraq Ərəfatda hazırlanmış çadırlara yerləşdiriləcək.

Zəvvarların köçürülməsində problem yaşanmaması üçün avtobusların təxminən 3 tur təşkil edilməsi planlaşdırılır.

Zəvvarların Ərəfatda çətinlik çəkməməsi üçün işlər də yekunlaşıb.

Zəvvarların mövsümi şəraitlə əlaqədar istiliklə bağlı sağlamlıq problemləri yaşamaması üçün sənaye kondisionerləri ilə soyudulmuş hündür çadırlar qurulub.

Qida və suya olan tələbatın ödənilməsi üçün də səylər göstərilib.

Müqəddəs torpaqlara gələn zəvvar namizədlərinə bələdçi qruplarının rəhbərləri tərəfindən bələdçilik proqramlarında yemək, içmə, tullantı və ətraf mühitin təmizlənməsi barədə məlumat verilib.

Bu istiqamətdə Ərəfatda da ekoloji təmizliyə diqqət yetirilib, çadırların yerləşdiyi ərazilərə zibil qutuları qoyulub.

Zəvvarlara göstərilən tibbi xidmətlər Ərəfatda da davam etdiriləcək. Buna görə də bölgədə səhra xəstəxanası yaradılıb.