Mərkəzi Amerika ölkəsi Hondurasın şimalında bilyard salonuna silahlı hücum nəticəsində 11 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Silahlı şəxslər Kortes əyalətinin Çoloma şəhərində bilyard salonuna basqın ediblər.
Onlar biri qadın olmaqla 11 nəfəri öldürüb, çoxlu sayda insanı yaralayıb.
Hadisə yerinə gələn polislər geniş miqyaslı araşdırma başlayıb, yaralılar xəstəxanaya aparılıb.
Qeyd edək ki, daha əvvəl Hondurasda iyunun 20-də qadın həbsxanasında baş verən davada 46 qadın məhbus həlak olub.