Biləsuvarda bədbəxt hadisə baş verib.
Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.
Rayon sakini, 2007-ci il təvəllüdlü qız həll olunmuş qarışqa dərmanı məhlulun içib.
15 yaşlı qız rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, o, məhlulu bilmədən qəbul edib.
Faktla bağlı araşdırma aparılır.