Çilidə daşqınlar: 2 nəfər ölüb, 6 nəfər itkin düşübbackend

Çilidə daşqınlar: 2 nəfər ölüb, 6 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Çilidə iyunun 22-dən bəri yağan leysan yağışların səbəb olduğu daşqınlarda həlak olanların sayı 6-ya çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İndiyədək 2 min 502 evə yüngül, 895 evə ciddi ziyan dəydiyi, 54 evin isə tamamilə dağıldığı məlum olub.

Ölkənin cənub və mərkəzi bölgələrində təsirli olan yağışlar həm ölənlərin, həm də təxliyə edilənlərin sayını artırıb.

Çilinin daxili işlər naziri Karolina Toha 10 mindən çox insanın daşqınlardan zərər çəkdiyini, indiyədək 2 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Paytaxt Santyaqodan 400 kilometr uzaqlıqdakı Kostitucion qəsəbəsində Maule çayının daşması səbəbiylə böyük bir təxliyə əməliyyatı həyata keçirdiklərini qeyd edən Toha, 2 min 54 nəfərin təhlükəsiz yerlərə köçürüldüyünü, 4 min 77 nəfərin isə evsiz qaldığını bildirib. .

Rəsmilər Cachapoal çayının da yüksəldiyini, Koltauko şəhərinin 80 faizinin su altında qaldığını, El Mauel və Licanten şəhərlərinin demək olar ki, hamısının su altında qaldığını açıqlayıb.

Ölkənin şimalı ilə cənubunu birləşdirən magistralın daşqın səbəbindən nəqliyyatın hərəkəti tamamilə bağlandığı paylaşılıb.

Bildirilib ki, indiyədək 2 min 502 ev cüzi, 895 evə ciddi ziyan dəyib, 54 ev tamamilə dağılıb.

Prezident Qabriel Boric yerli rəsmilərlə birlikdə daşqınlardan çox zərər çəkmiş ərazilərə baş çəkib.