Bolqarıstan hökuməti parlamentin 9 dekabr 2023-cü il tarixli qərarı əsasında Ukraynaya ikinci dəfə silah yardımı edəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ukraynaya təhvil veriləcək silah növləri ilə bağlı məlumat verməyən hökumət, ikinci göndərişin 22 dekabr 2022-ci il tarixində ilk göndərişə bənzəyəcəyini açıqlayıb.
Müdafiə naziri Todor Taqarev bildirib ki, silahlı qüvvələrin sursat anbarlarında hələ də 30 il əvvəl istehsal olunmuş istifadəyə yararlı sursatlar var və onlar təmin olunmasa, tezliklə məhv edilməli olacaqlar.
Müxalifətdə olan Rusiyayönlü Bolqarıstan Sosialist Partiyası (BSP) və populist irqçi “Vızrajdane” (Yenidən Doğuş) partiyası parlamentin 9 dekabr 2022-ci il tarixli qərarına qədər bu istiqamətdə Ukraynaya silah göndərilməsinin qarşısını alıb.
“Krım Rusiyanındır” deyən və Rusiyanın tərəfini tutan prezident Rumen Radev iki il ərzində Ukraynaya silah göndərilməsi üçün səsverməni sabotaj edib. Rusiyanın müharibədə qalib gələcəyinə inanan Radev, Ukraynaya silah göndərilməsinin yalnız münaqişəni uzatacağını müdafiə edir.
İyunun 6-da parlamentdə etimad səsi alan yeni Avropa İttifaqı və NATO-ya meylli koalisiya hökuməti Radevin və parlamentdə Moskva tərəfdarı olan partiyaların təşəbbüslərinin qarşısını alıb.