Kəbənin örtüyü təmizlənibbackend

Kəbənin örtüyü təmizlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramı ilə əlaqədar Məscidül-Həramda aparılan işlər çərçivəsində Kəbənin örtüyü təmizlənib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Səudiyyə Ərəbistanında Qurban bayramı sabah qeyd olunacaq.

Müqəddəs torpaqlarda ziyarət həyəcanı da var.

Zəvvarlar Ərəfat və Müzdəlifənin əməllərini icra etdikdən sonra Minada şeytanı daşlayacaq, sonra Kəbədə ziyarət təvafını edəcəklər.

Bu çərçivədə Qurban bayramı və həcc ziyarəti öncəsi qruplar tərəfindən Məscidül-Həramda geniş təmizlik işləri aparılıb. Kəbənin örtüyü də təmizlənib.

Keçən il olduğu kimi bu il iyulun 19-na təsadüf edən Hicri Məhərrəm ayının 1-də Kəbənin örtüyünün dəyişdirilməsi gözlənilir.