Keniyada “Əl-Şəbab”ın hücumu nəticəsində 5 nəfər ölübbackend

Keniyada “Əl-Şəbab”ın hücumu nəticəsində 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada Əl-Şəbabın hücumu nəticəsində 5 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkənin şərqində Somali sərhədinə yaxın Luma bölgəsində bir kənddə mülki şəxslərə qarşı bıçaqlı hücumun təşkil edildiyi bildirilib.

Ölənlərin sayının artacağı istisna edilmir, ölənlər arasında uşaqların da olduğu barədə məlumat var.

Somalidəki hücumları ilə gündəmdə olan “Əş-Şəbab” terror təşkilatı son günlər qonşu ölkə Keniyada da hücumlarını artırıb.

Təşkilatın üzvləri hücumlarda mülki şəxsləri və təhlükəsizlik qüvvələrini hədəf alır.