İtaliyada müsəlmanların ibadət yerlərini məhdudlaşdıran qanun təklifi reaksiyaya səbəb olubbackend

İtaliyada müsəlmanların ibadət yerlərini məhdudlaşdıran qanun təklifi reaksiyaya səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada müsəlmanların ibadət yerlərini məhdudlaşdıran qanun təklifi reaksiyaya səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İtaliyada sağçı koalisiya hökumətinin əsas tərəfdaşı olan ifrat sağçı İtaliya Qardaşları (FdI) partiyası bu yaxınlarda sənaye anqarlarının və ya qarajların məscid kimi istifadəsinin qadağan edilməsi ilə bağlı qanun layihəsini gündəmə gətirdi və müsəlmanın reaksiyasına səbəb olub.

İyunun 10-da ölkədə baş nazir Giorgia Melonun partiyası FdI-dən olan deputat Tommaso Foti tərəfindən parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının Ətraf Mühit Komitəsinə təqdim edilən qanun layihəsi müzakirə mövzusu olmaqda davam edir.

Sözügedən təklif İtaliya Konstitusiyasının bütün qeyri-katolik din və təriqətlərin İtaliya dövləti ilə münasibətlərini tənzimləyən müqaviləyə malik olması maddəsinə istinad edir. Dövlətlə rəsmi razılaşması olmayan dinlərin və məzhəblərin ibadət yerlərinə daha çox məhdudiyyət qoyulması məqsədi daşıyır.

Bildirilir ki, İslam İtaliyada dövlətlə heç bir razılaşması olmayan dinlərdən biri olduğu üçün qanun təklifi sənaye anqarlarının, qarajların və anbarların, bəzi özəl dükanların çevrilməsinin qadağan edilməsini nəzərdə tutduğu üçün xüsusilə müsəlmanlara təsir edəcək.

İtaliya İslam Cəmiyyətləri və Təşkilatları İttifaqının (UCOII) 2017-ci il hesabatına görə, ölkədə müsəlmanların namazlarını qıldıqları, əsasən şimal bölgələrində olmaqla 1217 məscid var. Onlardan yalnız 6-sı vizual olaraq məscid xüsusiyyətlərinə malikdir və rəsmi olaraq belə tanınır.

Qalanları qarajların, anqarların və mənzillərin zirzəmilərində, adətən mədəniyyət evləri adı altında fəaliyyət göstərirlər.

Ölkədə yaşayan müsəlmanlar qanun layihəsinə reaksiya versələr də, bunun konstitusiyaya zidd və siyasi məqsədlərə uyğun atılmış bir addım olmasında həmrəydirlər.

UCOII-nin keçmiş prezidenti və Florensiya imamı İzzəddin Elzir dəyərləndirmələr apararaq, müsəlmanların hər şeydən əvvəl namaz qılmağı, vaxt keçirməyi və gözəl məscidlərdə yaşamağı sevdiyini və bunu belə görmək və anlamaq mümkün olduğunu bildirib.

İtaliyanın iqtidar partiyalarından olan FdI-nin gündəmə gətirdiyi son qanun layihəsi ilə bağlı Elzir deyib: “Bu qanun layihəsi bizi idarə edənlərdən gəlir, buna görə üzr istəyirəm. Onlar hələ də müxalifətdə olduqlarını düşünürlər. Mentalitetlərini dəyişməlidirlər. Çünki hazırda ölkəni idarə edənlər onlardır. Onlar bu qanun layihəsini daha uzağa götürə bilməzlər. Onlar da bilirlər, çünki konstitusiyaya ziddir. Bəzi İtaliya vətəndaşlarının dini ayinlərini yerinə yetirmələri məhdudlaşdırıla bilməz. Bu təbliğata ehtiyac yoxdur”.