Aİ COVID-19 sertifikatlarını qlobal sağlamlıq sertifikatlarına çevirmək istəyirbackend

Aİ COVID-19 sertifikatlarını qlobal sağlamlıq sertifikatlarına çevirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyası zamanı yaradılmış sertifikatların qlobal sağlamlıq sertifikatlarına çevrilməsi üçün addımlar atıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa Şurası sertifikatların konvertasiyası ilə bağlı tövsiyəni qəbul edib.

Tövsiyədə Aİ-yə üzv dövlətlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal sağlamlıq sertifikatlaşdırma şəbəkəsinin inkişafında iştirak etməyə dəvət olunub.

Avropa Şurasının verdiyi açıqlamaya görə, rəqəmsal Kovid sertifikatları üçün Aİ tərəfindən hazırlanmış texnologiya ÜST tərəfindən hazırlanmış şəbəkəyə inteqrasiya oluna bilər.

Avropa Şurasının qərarında Birlik ölkələrinin ÜST şəbəkəsinə qoşulmaq öhdəliyi yoxdur. Üzv dövlətlər ÜST şəbəkəsinə qoşularsa, sertifikatlar, xüsusən də beynəlxalq sağlamlıq vəziyyətində fövqəladə vəziyyət halında şəbəkənin tələblərinə cavab verməlidir.

Rəqəmsal Covid sertifikatları üçün mövcud Aİ tənzimləməsi iyunun 30-da başa çatacaq.