Ford ABŞ və Kanadada ixtisara gedirbackend

Ford ABŞ və Kanadada ixtisara gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın avtomobil istehsalçısı məşhur “Ford Motor” ABŞ və Kanadada işçilərinin sayını azaldacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Şirkət tərəfindən edilən şərhdə böyümə və dəyər yaratma üçün Ford+ planının həyata keçirilməsi nəzərdə turulub.

Qeyd olunub ki, bura keyfiyyətin yüksəldilməsi, xərclərin azaldılması, prioritetlərə sərmayə qoyuluşu və lazım olan bacarıqlara uyğun kadrların təşkili daxildir.

Bu kontekstdə ediləcək ixtisarların ilk növbədə ABŞ və Kanadadakı mühəndislik bölmələrindəki komanda üzvlərini əhatə etdiyi açıqlanıb.

Açıqlamada, ixtisarlardan zərər çəkənlərə işdən çıxma müavinəti, əlavə müavinətlər və yeni karyera imkanları tapmaq üçün əhəmiyyətli yardım təklif ediləcəyi bildirilib.

Ən azı min işçi ixtisar olunacaq

Mövzu ilə bağlı The Wall Street Journal-ın xəbərində şirkətdəki ən az min işçinin işdən çıxarılacağı bildirilib.

Ford keçən il, əsasən Şimali Amerikada olmaqla, qlobal miqyasda 3000 iş yerini ixtisar edəcəyini açıqlamışdı.

Şirkət fevral ayında qlobal avtomobil sənayesinin elektrikli avtomobillərə keçməsi ilə əlaqədar bütün Avropada təxminən 3800 işçini ixtisar edəcəyini açıqlamışdı.