Kanada Rabitə Təhlükəsizliyi Quruluşunun (CSE) açıqladığı hesabatda, son bir ildə Kanadanın federal qurumlarına qarşı gündə orta hesabla 6,3 milyard “zərərli hücum” edildiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
CSE hesabatında deyilir ki, daim inkişaf edən onlayn mühitdə, Kanadada zəifliklərdən istifadə etmək istəyən cinayətkarlar, hakerlər və düşmən hökumət aktyorları il ərzində dövlət qurumlarına və təşkilatlarına qarşı 2,3 trilyondan çox “zərərli hərəkətlər” törədiblər.
CSE prezidenti Caroline Xavier kiberhücumlarla bağlı ətraflı açıqlama verib: “Həmişə olduğu kimi, işimizin bəzi hissələri var ki, onları ictimai hesabatda paylaşa bilmirik”.
Kanada hökuməti yaxın illərdə CSE-nin xarici əməliyyatlar aparmaq qabiliyyətini gücləndirmək üçün 273,7 milyon dollar ayırıb.