EkoAvrasyanın rəhbəri AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları faktını pisləyibbackend

EkoAvrasyanın rəhbəri AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları faktını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə heyətinin rəhbəri Hikmət Ərən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları faktını pisləyib.

İnterpress.az xəbər verir ki, bu barədə onun yaydığı açıqlamasında deyilir:

“Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə heyətinin rəhbəri Hikmət Ərən Fransada nümayişləri işıqlandırarkən hücuma məruz qalan Azərbaycan Dövlət Televiziyasının (AZTV) əməkdaşlarına ən xoş arzularımızı çatdırırıq.

AZTV əməkdaşlarının kameralarını sındıraraq onları silahla hədələyən Fransa polisinin qeyri-insani münasibətini pisləyir, Avropanın insan hüquq və azadlıqlarını tapdaladığını dünya ictimaiyyətinə bəyan edirik”.