Səudiyyə Ərəbistanı avqust ayında gündəlik 1 milyon barrel neft hasilatının əlavə hasilatı kəsilməsinə davam etmə qərarı alıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qərarla Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı avqust ayında gündəlik 9 milyon barrel ətrafında olacaq.
Kəsmə ölkənin aprel ayında elan etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək könüllü hasilatın azaldılmasına əlavədir.
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman iyunun 4-də Avstriyanın paytaxtı Vyanada keçirilən 35-ci OPEC+ Nazirlər Toplantısından sonra verdiyi açıqlamada ölkəsinin iyul ayı üçün gündəlik əlavə 1 milyon barel nefti könüllü olaraq azaldacağını bildirib. Və situasiyadan asılı olaraq bu kəsimin azaldıla biləcəyini və uzadıla biləcəyini söyləyib.
Rusiya neft ixracını gündə 500 min barel azaltacaq
Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin könüllü olaraq avqust ayında neft ixracını gündəlik 500 min barel azaltmağa qərar verdiyini açıqlayıb.
Novak daha əvvəl Rusiyanın mart ayında neft hasilatını sutkada 500 min barel azaltmaq qərarına gəldiyini, daha sonra bu müddətin ilin sonuna qədər uzadıldığını açıqlamışdı.
Yeni qərar istehsaldan daha çox ixraca təsir edir.