35 milyondan çox insanın yaşadığı ABŞ-ın bəzi bölgələrində “təhlükəli isti və rütubətli hava” dərəcələri ilə bağlı həyəcan siqnalı verilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kaliforniyanın Ölüm Vadisində 48 dərəcəni, Arizona ştatının Feniks şəhərində 44 dərəcəni, Las-Veqasda, Nevada ştatında isə 42 dərəcəni keçərək rekord səviyyəyə çatacağı bildirilib.
Rütubətlə birlikdə temperaturun hiss olunma sürətini göstərən temperatur indeksinin ölkənin cənub bölgəsindəki Texas, Yeni Orlean, Missisipi və Florida kimi ştatların bəzi yerlərində 40 dərəcədən yuxarı olacağı bildirilib.
Mütəxəssislər “uzun müddət açıq havada qalmamaq” barədə xəbərdarlıq ediblər.
Ölkənin şimal-şərqində güclü külək, tufan və dolu gözlənilir
Digər tərəfdən ölkənin şimal-şərqində şiddətli hava şəraitinin hökm sürəcəyi, Cənubi Karolina, Nyu-Cersi və Nyu-York ştatlarının bəzi yerlərində güclü külək, tufan və dolu gözlənildiyi bildirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ölkədə həddindən artıq istilər səbəbindən hər il yüzlərlə insan ölür, alimlər isə real rəqəmin daha çox olduğunu bildirirlər.