Pakistanlı alpinist dünyanın ən hündür dağlarının birində köməksiz qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pakistanlı alpinist Asif Bhatti Gilgit-Baltistan bölgəsində 8126 metr ilə dünyanın 9-cu ən yüksək dağı olan Nanqa Parbatda köməksiz qalıb.
Bhattini xilas etmək üçün helikopterə ehtiyac olduğu bildirilib. Qeyd edilib ki, ancaq bunun üçün Bhattinin 6 min-6 min 500 metrə enməsi lazımdır.
Macəra turizmi ilə bağlı fəaliyyətlər həyata keçirən Karakoram Klubu Bhattini xilas etmək üçün alpinist qrupunun hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, qarda uzun müddət günəş işığına məruz qalan gözlərdə qar korluğu (fotokeratit) yarana bilər.
Gilgit-Baltistan bölgəsində 8000 metrdən yuxarı 6 zirvə, o cümlədən dünyanın ikinci ən yüksək dağı K2 yerləşir.
1895-ci ildən bəri Nanqa Parbat zirvəsinə qalxmaq üçün edilən 287 cəhddə 64 alpinist həyatını itirib.
Alpinistlərin “qatil dağ” adlandırdıqları Nanqa Parbatda alpinistlərin ölüm nisbətinin 22,3 faiz olduğu bildirilir.