Salyanda dəhşətli qəza: maşın su kanalına aşdı, kişi, arvadı və qardaşı öldübackend

Salyanda dəhşətli qəza: maşın su kanalına aşdı, kişi, arvadı və qardaşı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda avtomobilin su kanalına aşması nəticəsində 3 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Marışlı kəndindən keçən hissəsində qeydə alınıb.

99 NA 636 dövlət nömrə nişanlı “VAZ-2105″in su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər – 1 qadın, 2 kişi dünyasını dəyişib.

Avtomobilin Yardımlı sakini Əhədov Rəhman Şəkur oğluna məxsus olduğu bildirilir.

Qəzada həlak olanlar Lənkəran sakinləri Fərziyyev Məhərrəm Balaxanı oğlu, onun həyat yoldaşı Fərziyeva Xanim Həmid qızı və qardaşı Fərziyev İlqar Balaxanı oğludur.