Rusiya və Myanma nüvə enerjisi sahəsində yeni əməkdaşlığa başlayıbbackend

Rusiya və Myanma nüvə enerjisi sahəsində yeni əməkdaşlığa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Nüvə Enerjisi Təşkilatının Rosatom nümayəndə heyətinin Myanmaya səfəri zamanı iki ölkə arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər əlaqəli yüksək texnologiyalı sahələrdə əməkdaşlıq səylərinin ilk nəticələri qiymətləndirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Görüşdə Rusiya və Myanma rəsmiləri tənzimləyici bazanın yaradılması, onun nüvə infrastrukturunun inkişaf etdirilməsi, kadrların hazırlanması və Myanmada ictimaiyyətlə işləməyi müzakirə ediblər.

Görüşdən sonra protokol imzalayan iki ölkə nüvə enerjisi sahəsində əməkdaşlığın yeni səviyyəsinə yüksəlib.

Rusiya Federasiyası ilə Myanma arasında birgə əlaqələndirmə komitəsi atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair fevralın 6-da imzalanmış hökumətlərarası sazişdən sonra yaradılıb.