Mərkəzi Afrika Respublikasında üsyançıların hücumu nəticəsində 6 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dəyişiklik üçün Vətənpərvər Koalisiya (CPC) adlı üsyançı qrupun üzvləri Nana-Mambere bölgəsindəki Ndiba-Molle kəndinə hücum ediblər.
Hücumda 2 mülki vətəndaş və 4 əsgər həyatını itirib.
OAC-də 20-dən çox silahlı qrup var, ordunun müdaxiləsinə baxmayaraq toqquşmalar davam edir.
CPC damı altında toplaşan üsyançı qruplar 2020-ci ilin dekabrında paytaxt Banquini ələ keçirmək üçün əməliyyata başlayıblar, lakin bu, uğursuz olub.
2013-cü ildən bəri ölkədə davam edən zorakılıqlarda əksəriyyəti müsəlman olan minlərlə insan həlak olub.