Uqanda əsgərləri Viktoriya gölündə balıq tutan 2 keniyalı balıqçıya atəş açıblarbackend

Uqanda əsgərləri Viktoriya gölündə balıq tutan 2 keniyalı balıqçıya atəş açıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanzaniya, Uqanda və Keniya sərhədində yerləşən Viktoriya gölünə üzən iki keniyalı balıqçı Uqanda əsgərləri tərəfindən güllələnib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Uqanda əsgərləri Viktoriya gölündə balıq tutan keniyalılara atəş açıb.

Atəş nəticəsində 2 balıqçı həyatını itirib, 1 balıqçı isə yaralanıb.

Xəsarət alan balıqçı müalicə üçün Port Viktoriya Xəstəxanasına göndərilib.

Hələlik Uqandadan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Şərqi Afrika ölkələri Keniya, Uqanda və Tanzaniyanı əhatə edən 68 min kvadratmetrlik Viktoriya gölündə 2009-cu ildən Keniya ilə Uqanda arasında münaqişə yaşanır.

Zəngin balıq ehtiyatlarına malik Viktoriya gölü hər iki ölkənin balıqçılarının dolanışığıdır. İki ölkə həm göldəki Nil perchini yeyir, həm də ABŞ, Avropa və Yaxın Şərqə ixrac edir.

Göldə balıq tutan keniyalılar zaman-zaman Uqanda sərhədini keçərək qaydaları pozduqları səbəbilə Uqanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır.

Son 6 ayda Viktoriya gölündə balıq tutan 75 Keniyalı balıqçı Uqanda əsgərləri tərəfindən saxlanılıb.

Uqanda, Keniyadan fərqli olaraq, göldə xüsusi ordu hissələrinin tam təchiz olunmuş bölmələrinə malikdir.