Lukaşanko Putinin girovuna çevrilir: Belarusdan ikinci cəbhə açıla bilərbackend

Lukaşanko Putinin girovuna çevrilir: Belarusdan ikinci cəbhə açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Volodimir Zelenski deyib ki, Moskva və Minsk çox ciddi xarici təhdidlərlə üzləşiblər. Onun sözlərinə görə, həm Rusiya, həm də Belarus ortaq çağırışlarla əməkdaşlığı bundan sonra daha da inkişaf etdirəcək.

Ukraynada davam edən müharibə fonunda Belarusla Rusiya arasında əməkdaşlıq güclənib. Bunun ən bariz nümunəsi kimi Belarus Prezidenti Aleksandr Lukaşankonun Moskva ilə Pekin arasındakı vasitəçilik cəhdlərini, həmçinin Rusiyanın nüvə başlıqlarının Belarusa yerləşdirilməsini, Lukaşenkonun “Vaqner” özəl hərbi şirkətinin silahlı qiyamına müdaxiləsini və digər məqamları göstərə bilərik.

Məlumdur ki, hazırda Rusiyanı dəstəkləyən çox az ölkə var. Onlardan biri də məhz Belarusdur. Lukaşanko özü də başa düşür ki, rusiyalı həmkarı Vladimir Putinə müqavimət göstərə bilməz. Bu, rəsmi Minsk üçün ciddi problemlərlə nəticələnə bilər. Ümumiyyətlə, Belarus faktiki olaraq Rusiyanın vassalına çevrilib.

Putin “ciddi xarici təhdidlər” deyəndə, şübhəsiz ki, Qərbdən gələn təhlükəni və təzyiqləri nəzərdə tutur.

Əvvəllər də dediyimiz kimi, hazırda müharibə əslində nəinki NATO ilə Rusiya, bütünlüklə Şərqlə Qərb arasında edir. Bu isə dünyadakı qütbləşməni gücləndirir. Bu mənada əslində Putinin dediklərində həqiqət var: hər iki dövlət eyni cəbhədədir və ortaq maraqlardan çıxış etməlidir.

Kreml rəhbəri bu sözlərlə, sözsüz ki, həm də Belarusa mesaj verir və gələcək proseslərlə bağlı bir növ ona xəbərdarlıq edib.

Ehtimal etmək olar ki, Rusiya ilə Belarus arasında əlaqələr bundan sonra da güclənəcək. Gələcəkdə Belarusdan Ukrayna ərazisinə ikinci cəbhənin açılması mümkündür.

Belarusda nüvə başlıqlarının və “Vaqner”çilərin yerləşdirilməsi isə gələcəkdə Rusiyanın Belarusa təzyiqlərinin artırılması üçün şantaj vasitəsi kimi istifadə edilə bilər.

Kənan Novruzov
İnterpress.az