Fransada etirazlar zamanı dağılmış binaların bərpası üçün fövqəladə vəziyyət haqqında yeni qanun layihəsi hazırlanır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransa prezidenti Emmanuel Makron, gənc sürücünün polis gülləsi ilə öldürülməsindən sonra ölkədəki nümayişlərdə dağılan strukturların və infrastrukturun sürətlə bərpası üçün təcili qanun qəbul edəcəklərini bildirib.
Ölkə daxilində 200-dən çox bələdiyyənin başçıları nümayişlərdən təsirlənib.
Fransa mətbuatında yer alan xəbərə görə, Makron toplantıda nümayişlər zamanı dağılan binaların və infrastrukturun sürətlə bərpası üçün təcili qanun çıxaracaqlarını açıqlayıb.
Makron bu çərçivədə sığorta şirkətlərinə qarşı sərt davranacaqlarını da vurğulayıb.
İyunun 27-dən bəri davam edən etiraz aksiyalarında ictimai yerlərdə 12202 məntəqə, o cümlədən 1105 bina yandırılıb, 5892 avtomobil yandırılıb.
Ölkə daxilində 269 polis və jandarma bölməsi hücuma məruz qalıb.
Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb.
Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşublar.
Gənci qətlə yetirən polis əməkdaşının cəzası dayandırılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.