ABŞ-da timsahın hücumuna məruz qalan qadın ölübbackend

ABŞ-da timsahın hücumuna məruz qalan qadın ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Cənubi Karolina ştatında iti ilə gəzən 69 yaşlı qadın timsahın hücumu nəticəsində ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Adada yaşayan 69 yaşlı qadın timsahın hücumuna məruz qalıb.

İspan Uells icmasında qolf meydançasının kənarındakı laqonun kənarında iti ilə gəzərkən hücuma məruz qalan qadın həyatını itirib.

Hadisə yerinə gələn polis timsahı ərazidən çıxararkən, qadının cəsədi yarılma üçün Ədliyyə Tibb Müəssisəsinə aparılıb.

Ötən ilin avqustunda 88 yaşlı qadın evinin yaxınlığındakı laqonda timsahın hücumu nəticəsində eyni bölgədə həlak olub.