Hollandiyada fırtına: ağaclar aşdı, uçuşlar ləğv edildibackend

Hollandiyada fırtına: ağaclar aşdı, uçuşlar ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın şimal-qərb bölgəsində güclü fırtına nəticəsində Haarlem şəhərində 51 yaşlı qadın ağacın avtomobilinin üzərinə aşması nəticəsində həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkədə bir çox reyslər və qatarlar ləğv edilib.

Ölkənin şimal bölgələrində “qırmızı həyəcan” elan edilib, əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox hava və dəmir yolu əlaqəsi ləğv edilib.

Güclü fırtına səbəbiylə saat 09.00-16.00 arasında bir çox uçuş həyata keçirilə bilməyib.

Açıqlamada yerli vaxtla saat 12:30-a olan məlumata görə, sözügedən reyslərin sayı 400-ü keçib.

NOS ictimai yayımında yer alan xəbərə görə, Haarlem şəhərində 51 yaşlı qadın avtomobilinin üzərinə ağac aşaraq həyatını itirib.

Sat 08:30-dan etibarən ölkənin əksər hissəsində yerə qatar reysləri ləğv edilib.

Amsterdamın bir çox yerində təsirli olan fırtınada yıxılan ağaclar avtomobillərə ziyan vurub. Ölkədə bəzi magistral yollar da ağacların aşması səbəbindən bağlanıb.