Cənubi Afrikada qazdan zəhərlənmə nəticəsində 16 nəfər ölübbackend

Cənubi Afrikada qazdan zəhərlənmə nəticəsində 16 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasında qeyri-qanuni mədənçilərin yerləşdiyi yaşayış məntəqəsində zəhərli qaz sızması nəticəsində 3-ü uşaq olmaqla 16 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Afrika polisi Yohannesburqun şimalındakı Boksburq bölgəsində zəhərli qaz sızmasının səbəb olduğunu açıqlayıb.

Açıqlamada qeyri-qanuni mədən işlərinin aparıldığı rayonda zəhərli qazdan həyatını itirənlər arasında 3 uşağın da olduğu qeyd edilib.

16 nəfərin ölümünə səbəb olan zəhərli qazın ammonium nitrat olduğu açıqlanıb.