Almaniyada terror təşkilatı yaratmaq ittihamı ilə 7 nəfər saxlanılıbbackend

Almaniyada terror təşkilatı yaratmaq ittihamı ilə 7 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada terror təşkilatı yaratmaq ittihamı ilə 7 nəfər saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Tacikistan vətəndaşları Mukhammadshujo A, Nuriddin K, Shamshud N, Said S. və Raboni Z, Qırğızıstan vətəndaşı Abrorjon K. və Türkmənistan vətəndaşı Ata A. Şimali Reynin müxtəlif bölgələrində saxlanılıblar.

Onlar terror təşkilatı yaratmaq və bu təşkilata üzv olmaq və İŞİD terror təşkilatına dəstək verməkdə ittiham olunur.

2022-ci ildə Ukraynada başlayan müharibədən sonra Almaniyaya gələn şübhəlilərin 2022-ci ilin iyununda DEAŞ adına ictimaiyyətdə rezonans doğuracaq hücumlar təşkil etmək məqsədi ilə təşkilat qurduqları bildirilib.

Qeyd olunub ki, şübhəlilər Almaniyada planlarını həyata keçirmək üçün mümkün yerləri araşdırıb və silah almağa cəhd ediblər, lakin saxlanılana qədər konkret hücum planı olmayıb.

Abrorjon K.-dan başqa digər şübhəlilərin 2022-ci ilin aprelindən bəri dəfələrlə DEAŞ üçün topladıqları pulları təşkilata köçürdükləri bildirilib.

Şübhəlilər həbs tələbi ilə bu gün və sabah hakim qarşısına çıxarılacaq.

Digər tərəfdən, şübhəlilərə qarşı əməliyyatın Hollandiya səlahiyyətliləri ilə əməkdaşlıq çərçivəsində aparıldığı və Hollandiyada 2 nəfərin nəzarətə alındığı qeyd edilib.