ABŞ-da aparılan bir araşdırmada, aztəminatlı məhəllələrdə yaşayan qaradərililərin ağlara nisbətən daha tez qocaldığı məlum olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Gəlir və təhsil səviyyəsindən asılı olmayaraq, qaradərililərin qocalma nisbətinin ətraf mühit faktorlarından təsirləndiyi müşahidə edilib.
“Aşınma” olaraq təyin olunan bu təsir cəmiyyətlərdə irqçilik və yoxsulluq kimi stres faktorları səbəbiylə yaşlanma prosesini sürətləndirir. Bu təsir hamiləlikdə hipertoniya, ruhi xəstəliklər, uşaq və ana ölümlərinin nisbətini artıra bilər.
Tədqiqat yaşı 50-dən yuxarı olan 2960 Amerika vətəndaşı üzərində aparılarkən, araşdırmanın məlumatları “Sağlamlıq və Təqaüd Araşdırması”ndan götürülüb.
Tədqiqatın müəlliflərindən Kori MakMillan qeyd edib ki, araşdırma ətraf mühit təzyiqinin qocalmaya təsirini göz ardı etmək olmaz və qaradərililərin “ekoloji irqçilik”ə daha çox məruz qaldığını göstərib.
Araşdırmanın digər müəllifi Isabel Yannatos, əlverişsiz şəraitdə yaşamaq və ayrı-seçkiliyə məruz qalmağın stress faktorunu artıra biləcəyinə diqqət çəkib.
Araşdırma PLOS ONE jurnalında dərc olunub.






