Meksikanın Oaxaka şəhərində sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksikanın paytaxtı Mexikodan Oaxakaya gedən sərnişin avtobusunun Penasko şəhərində magistral yolda 10 metrlik uçurumdan aşıb ölənlərin sayı artıb.
Qəzada həyatını itirənlərin sayı 29-a çatıb, 19 nəfər yaralanıb.
Oaxaca Ştat Baş Prokurorluğundan (FGE) verilən açıqlamada qəza ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Səlahiyyətlilər xəstəxanalarda müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğunu və ölənlərin sayının artmasından narahat olduqlarını bildirib.